İnger Andersen: 1,5 dərəcə hədəfinə çatmaq üçün emissiyaları gələcəkdə xeyli azaltmaq lazımdır

İnger Andersen: 1,5 dərəcə hədəfinə çatmaq üçün emissiyaları gələcəkdə xeyli azaltmaq lazımdır İqlim mübarizəsinin əsas məqsədlərindən biri qlobal istiləşməni 1,5 dərəcədən aşağı saxlamaqdır və buna nail olmaq üçün 2030-cu ilə qədər atmosferə istixana qazı emissiyalarını 41 % azaltmaq lazımdır.
COP29
21 Noyabr , 2024 14:33
İnger Andersen: 1,5 dərəcə hədəfinə çatmaq üçün emissiyaları gələcəkdə xeyli azaltmaq lazımdır

İqlim mübarizəsinin əsas məqsədlərindən biri qlobal istiləşməni 1,5 dərəcədən aşağı saxlamaqdır və buna nail olmaq üçün 2030-cu ilə qədər atmosferə istixana qazı emissiyalarını 41 % azaltmaq lazımdır.

"Report" xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen COP29 çərçivəsində keçirilən “İqlim, Təbiət və İnsanlar üçün Meşələr: Meşələr üçün iqlim maliyyələşdirilməsi" adlı yüksək səviyyəli görüşdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, emissiyaların azaldılması üzrə qoyulan hədəflərə baxmayaraq, ötən dövr ərzində qlobal atmosfer emissiyaları 1,3 % artıb.

İ.Andersen, həmçinin qlobal emissiyaların azaldılmasında bərpa olunan enerji mənbələrinin mühüm rolunu və Paris Sazişinin 6-cı Maddəsinin həlledici əhəmiyyətini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi