Con Podesta: Uyğunlaşmada ən az inkişaf etmiş ölkələrə dəstəyin gücləndirilməsi lazımdır

Con Podesta: Uyğunlaşmada ən az inkişaf etmiş ölkələrə dəstəyin gücləndirilməsi lazımdır 2024-cü il bütün dünyada dağıntılarla müşayiət olunan iqlim böhranı ilə müəyyən edilir. Buna görə də emissiyaları azaltmaq, iqlim fəlakətlərinə reaksiyanı gücləndirmək və gələcək ekstremal hava hadisələrinə dayanıqlılıq yaratmaq üçün təcili addımlar atılm
COP29
11 Oktyabr , 2024 12:59
Con Podesta: Uyğunlaşmada ən az inkişaf etmiş ölkələrə dəstəyin gücləndirilməsi lazımdır

Bu il dünyada iqlim böhranı müşayiət olunur. Buna görə də emissiyaları azaltmaq, iqlim fəlakətlərinə reaksiyanı gücləndirmək və gələcək ekstremal hava hadisələrinə dayanıqlılıq yaratmaq üçün təcili addımlar atılmalıdır.

"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşündə (C&DM) deyib.

“Bura ən az inkişaf etmiş ölkələrə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə bu böhranı idarə etməkdə və ona uyğunlaşmaqda dəstək daxildir. Maliyyə dəstəyi iqlim fəaliyyətində kritik bir amildir. Buraya beynəlxalq dövlət dəstəyi də daxildir ki, bu, uyğunlaşma və borcun dayanıqlılığının, eləcə də maliyyə məkanının yaxşılaşdırılması istiqamətində iş üçün xüsusilə vacibdir”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi