Con Podesta: ABŞ iqlim maliyyələşməsi məqsədlərinə nail olmaq öhdəliyinə sadiqdir

Con Podesta: ABŞ iqlim maliyyələşməsi məqsədlərinə nail olmaq öhdəliyinə sadiqdir ABŞ iqlim maliyyələşməsi ilə bağlı yüksək ambisiya nümayiş etdirib və məqsədlərinə çatmağa sadiqdir.
COP29
11 Oktyabr , 2024 20:10
Con Podesta: ABŞ iqlim maliyyələşməsi məqsədlərinə nail olmaq öhdəliyinə sadiqdir

ABŞ iqlim maliyyələşməsi ilə bağlı yüksək ambisiya nümayiş etdirib və məqsədlərinə çatmağa sadiqdir.

“Report” xəbər verir ki, bunu ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi müşaviri Con Podesta azərbaycanlı jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

O vurğulayıb ki, ABŞ hələ 2021-ci ildə iqlim maliyyələşdirməsini 1,5 milyard dollardan 11 milyard dollara qədər artırmağı öhdəsinə götürüb.

“Bu, indiyə qədərki ən yüksək səviyyəmizin belə dörd qatıdır. Tramp administrasiyası dövründə rəqəmlər bir qədər azalsa da, 2024-cü ildə bu göstəriciyə çatmaq yolundayıq”, - Podesta bildirib.

Müşavir bildirib ki, ABŞ Prezidentinin hazırkı administrasiyası ölkələrin enerji sistemlərini bərpa olunan enerji mənbələri hesabına təmin edəcək şəkildə inkişaf etdirmək üçün öz milli öhdəliklərini inkişaf etdirmək imkanlarına sərmayə qoymağın zəruriliyini qəbul edir.

“Öhdəliyimizin başqa bir komponenti ondan ibarətdir ki, ianə məbləğinin azı 3 milyard dolları bizim PREPARE adlandırdığımız proqrama yönəldiləcək. Bu proqram dünyada yarım milyard insanı iqlim dəyişikliyinin nəticələrinin öhdəsindən gəlmək üçün lazım olan resurslarla təmin etmək məqsədi daşıyır”, - o söyləyib.

Podestanın sözlərinə görə, proqram həmçinin kiçik ada dövlətlərinə və iqtisadiyyatı zəif inkişaf etmiş ölkələrə iqlimə davamlılığın planlaşdırılması və artırılmasında yardım göstərməyi özündə ehtiva edir.

O bildirib ki, ABŞ vətəndaşları iqlimin qorunması üzrə qəti tədbirləri dəstəkləyir.

“ABŞ-da keçiriləcək seçkilərin nəticəsi siyasətdə bəzi dəyişikliklərə səbəb ola bilər, lakin heç bir şübhə yoxdur ki, Amerika cəmiyyəti iqlimin qorunmasına dair fəaliyyətə dəstək verir. Ona görə də iqlimin maliyyələşdirilməsi tendensiyasının davam edəcəyinə ümid edirəm”, - Podesta vurğulayıb.

Son xəbərlər

Orphus sistemi