Azərbaycan Moldova ilə "yaşıl enerji"nin ixracını müzakirə edib

Azərbaycan Moldova ilə "yaşıl enerji"nin ixracını müzakirə edib Azərbaycan və Moldova arasında "yaşıl enerji"nin ixracı müzakirə edilib.
COP29
15 Noyabr , 2024 18:20
Azərbaycan Moldova ilə yaşıl enerjinin ixracını müzakirə edib

Azərbaycan və Moldova arasında "yaşıl enerji"nin ixracı müzakirə edilib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir Mikayıl Cabbarov COP29 çərçivəsində Moldovanın energetika naziri Viktor Parlikovla görüşüb. Görüşdə ikitərəfli iqtisadi münasibətlərin mövcud vəziyyəti və inkişafı barədə müzakirələr aparılıb, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsinin, dayanıqlı iqtisadiyyatın təşviqinin və biznes strategiyalarının geoiqtisadi tələblərə uyğun formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Görüş iştirakçıları ölkələrimizin iqtisadi əlaqələrinin səmərəliliyinin artırılması üçün mövcud imkanları nəzərdən keçirərək, sənaye, energetika, nəqliyyat sahələrində birgə fəaliyyətin perspektivlərini müzakirə ediblər. Yaşıl enerjinin ixracı və investisiyaların təşviqi imkanları barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi