Uşanqi Kokauri: "Finalda daha çox taktiki səhvlərə yol verdim"
- 10 oktyabr, 2026
- 19:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) Bakıda keçirilən dünya çempionatının finalında daha çox taktiki səhvlərə yol verib.
"Report"un məlumatına görə, millinin üzvü bunu yarışdan sonra deyib.
O, hazırlıq prosesi və rəqibləri haqqında fikirlərini bölüşüb:
"Yaxşı hazırlaşmışdıq, çox məşq etmişdik. Lakin görünür, hələ inkişaf etdiriləsi tərəflərimiz var. Cüdoçular olaraq hamımız bir-birimizi yaxşı tanıyırıq. İllərlə birgə məşq edirik, təlim-məşq toplanışlarında oluruq. Müəyyən dərəcədə daha texnikalı və dözümlü olmuşam. Dözümlülüklə bağlı problemim yox idi, daha çox taktiki baxımdan səhvə yol verdim. Dözümlülük və fiziki hazırlıq ən yüksək səviyyədə idi".
Azərbaycan təmsilçisi rəqibin titullu olmasının ona təzyiq yaratmadığını diqqətə çatdırıb:
"Buna qədər ikiqat olimpiya və ikiqat dünya çempionu çexiyalı Lukaş Krpaleki də məğlub etmişdim. Kiminsə titullu olması mənə psixoloji təzyiq göstərmir. Sərbəst şəkildə qalib gələ də, uduza da bilərsən. Bu, idmandır, belə hallar olur".
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial sabah başa çatacaq.