"Tesla”nın gəlirləri proqnozları üstələyib
Biznes
- 30 yanvar, 2020
- 10:55
ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla”nın ötən ilin IV rübündə gəlirləri proqnozları 6,2% və ya 430 mln dollar üstələyərək 7,38 mlrd dollar təşkil edib. Şirkətin gəlirləri illik müqayisədə isə 2,1% artıb.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, eyni dövrdə beynəlxalq birjalarda şirkətin 1 səhminin qiyməti proqnozları 30,5% və ya 0,5 dollar üstələyərək 2,14 dollar olub. Şirkətin səhmlərinin qiyməti illik müqayisədə isə 0,9% çox olub.
Qeyd edək ki, “Tesla”nın ötən il müştərilərinə təhvil verdiyi avtomobillərin sayı 2018-ci illə müqayisədə 49,9% və ya 122 260 ədəd artaraq 367 500-ə çatıb.
Son xəbərlər
04:06
ÜST meymunçiçəyi ilə bağlı Moskvadakı vəziyyəti izləyir
Region03:33
BVF Venesuela ilə əməkdaşlığı bərpa edib
Maliyyə03:02
"Reuters": İrandakı müharibə ABŞ-ni Aİ tərəfdaşlarına silah tədarükünü gecikdirməyə məcbur edir
Digər ölkələr02:44
Türkiyə Avstraliya vətəndaşları üçün viza rejimini sadələşdirib
Region02:22
İsrail ordusu Livanda 10 günlük atəşkəsin başladığını təsdiqləyib
Digər ölkələr01:44
İƏT Livan və İsraili atəşkəs razılaşmasına riayət etməyə çağırıb
Digər ölkələr01:09
UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçirilib
Futbol00:58
UEFA Avropa Liqasında yarımfinalçılar bəlli olub
Futbol00:57