Yuxarı

Rusiyanın məşhur avtomobil zavodunun baş direktorluğuna azərbaycanlı gətirilib

Rusiyanın məşhur avtomobil zavodunun baş direktoru azərbaycanlı olub

Rusiyada fəaliyyət göstərən “Ford Sollers” birgə müəssisəsinin prezidenti və baş direktoru Adil Şirinov “Sollers” şirkətinin əsas aktivi olan Ulianovsk Avtomobil Zavodunun Baş direktoru təyin olunub. O, bu vəzifədə “Sollers”in əsas sahibi və Baş direktoru Vadim Şvetsovu əvəz edib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu məlumatı təsdiqləyən “Sollers” şirkətinin nümayəndəsi A.Şirinovun “Ford Sollers” BM-nin də rəhbərliyində qalacağını bildirib.

V.Şvetsov isə A.Şirinovu “Rusiya avtomobil sektorunda ən səriştəli mütəxəssislərdən biri” kimi dəyərləndirib.

“Zəngin əməli təcrübəsi, peşəkar səriştəsi sayəsində Ulianovsk Avtomobil Zavodundakı biznes fəaliyyətinin yüksək keyfiyyət standartlarının və səmərəsinin artacağına şübhə etmirəm”, – “Sollers” rəhbəri vurğulayıb.

Qeyd edək ki, 1999-2002-ci illərdə “Foerd Motor Company”də çalışmış 1964-cü il təvəllüdlü A.Şirinov “Sollers”dən əvvəl “RusPromAuto” ASC-də satınalma direktoru vəzifəsində işləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi