BMT KOBİA ilə əməkdaşlıq etmək niyyətindədir

BMT KOBİA ilə əməkdaşlıq etmək niyyətindədir İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan üzrə ölkə nümayəndəsi Alessandro Frakasseti ilə görüş keçirilib.
Biznes
15 İyul , 2019 12:23
BMT KOBİA ilə əməkdaşlıq etmək niyyətindədir

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan üzrə ölkə nümayəndəsi Alessandro Frakasseti ilə görüş keçirilib. 

Bu barədə “Report”a KOBİA-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində KOBİA-nın fəaliyyəti, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlar üçün yeni biznes imkanlarının təmin edilməsi, onların müxtəlif dəstək mexanizmlərinə çıxışının genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığı istiqamətində həyata keçirilən proqramlar və strateji təşəbbüslər haqqında məlumat verib.

A.Frakasseti isə rəhbərlik etdiyi qurumun beynəlxalq səviyyədə və Azərbaycanda həyata keçiridiyi layihələr haqqında məlumat verib, Davamlı İnkişaf Məqsədlərinin reallaşdırılmasında özəl sektorun rolunun əhəmiyyətini qeyd edib. O, KOBİA-nın fəaliyyət istiqamətləri üzrə xüsusilə regionlarda sahibkarların bilik və bacarıqlarının artırılması, gənclərin, qadınların və əlillərin sahibkarlıq imkanlarının genişləndirilməsi sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi