Şahin Bağırovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Şahin Bağırovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib ​​​​​​​Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun oktyabrın 18-nə nəzərdə tutulmuş vətəndaş qəbulu oktyabrın 22-nə keçirilib
Biznes
17 Oktyabr , 2024 12:49
Şahin Bağırovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Şahin Bağırov

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun oktyabrın 18-nə nəzərdə tutulmuş vətəndaş qəbulu oktyabrın 22-nə keçirilib.

“Report” Komitəyə istinadən xəbər verir ki, Ş. Bağırov oktyabrın 22-də saat 10:00-da Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatının inzibati binasında (ünvan: Daşkəsən şəhəri, Heydər Əliyev meydanı 2) Daşkəsən, Göygöl, Samux, Kəlbəcər rayonlarından və Gəncə şəhərindən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı Daşkəsən, Göygöl, Samux, Kəlbəcər rayonlarının və Gəncə şəhərinin sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi