Şahin Bağırov Sumqayıtda vətəndaşları qəbul edəcək

Şahin Bağırov Sumqayıtda vətəndaşları qəbul edəcək Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov fevralın 22-də Sumqayıt şəhəri, Abşeron və Qubadlı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Biznes
19 Fevral , 2024 13:42
Şahin Bağırov Sumqayıtda vətəndaşları qəbul edəcək
Şahin Bağırov

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov fevralın 22-də Sumqayıt şəhəri, Abşeron və Qubadlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

“Report” DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir ki, qəbul saat 10:00-da Sumqayıtdakı Heydər Əliyev Mərkəzində (ünvan: Sumqayıt şəhəri, Zülfü Hacıyev 53) baş tutacaq.

Qəbul zamanı sakinlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla ( https://customs.gov.az/az/muracietler/sedre-mektub ) qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi