Şahin Bağırov Qusarda vətəndaşları qəbul edib
Biznes
- 22 yanvar, 2025
- 09:40
Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Qusar, Quba və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edib.
“Report” komitəyə istinadən xəbər verir ki, DGK-nın müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Qusar, Quba və Xaçmaz rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Son xəbərlər
03:17
İsveçrədə yanğında ölən 40 nəfərdən səkkizinin şəxsiyyəti müəyyənləşib
Digər ölkələr02:45
"Porto"nun baş məşqçisi "Çelsi"yə mümkün transferi haqqında danışıb
Futbol02:15
Orban: Venesuelada baş verən hadisələr neftin bahalaşmasına səbəb ola bilər
Digər ölkələr01:41
Qətər Venesuela ətrafında vəziyyətin həllinə yardım etməyə hazırdır
Digər ölkələr01:08
Zelenski: Rusiya tərəfindən real kompromislər yalnız sərt təzyiq şəraitində mümkündür
Digər ölkələr00:39
Vitse-prezident: Maduro Venesuelanın yeganə qanuni lideridir
Digər ölkələr00:03
ABŞ Kuba hakimiyyətinə qarşı hərbi əməliyyatlar keçirməyəcək
Digər ölkələr23:50
Çin 2025-ci ildə 92 kosmik buraxılış həyata keçirib
Digər ölkələr23:26