Sahibkarlar gömrük rəsmiləşdirməsinin optimallaşdırılmasını təklif edib

Sahibkarlar gömrük rəsmiləşdirməsinin optimallaşdırılmasını təklif edib ​​​​​​​Azərbaycan sahibkarları gömrük rəsmiləşdirmə prosedurlarının optimallaşdırılması təklifləri ilə çıxış ediblər.
Biznes
12 Sentyabr , 2024 12:32
Sahibkarlar gömrük rəsmiləşdirməsinin optimallaşdırılmasını təklif edib

Azərbaycan sahibkarları gömrük rəsmiləşdirmə prosedurlarının optimallaşdırılması təklifləri ilə çıxış ediblər.

“Report” Azərbaycan Sahibkarlar Konfederasiyasına (ASK) istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın təşəbbüsü və ASK-nın təşkilati dəstəyi ilə ölkədə fəaliyyət göstərən sahibkarlar və brokerlər gömrük idxal-ixrac əməliyyatlarını müzakirəsi zamanı bildirilib.

Görüşdə Dövlət Gömrük Komitəsinin (DGK) nümayəndələri də iştirak ediblər.

Konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov son illər gömrük sistemində aparılan islahatlar, prosedurların sadələşməsi, innovativ xidmətlərin istifadəyə verilməsinə toxunaraq, bununla yanaşı bəzi məsələlərin həllini tapması istiqamətində əməkdaşlığın davam etdirildiyini bildirib. O, görüşdə sahibkarları açıq dialoqa dəvət edib.

DGK yanında İctimai Şuranın sədri Ramil Əliyev təmsil etdiyi qurumun fəaliyyəti haqqında qısa məlumat verərək, Konfederasiya ilə birlikdə sahibkarların hüquqlarının qorunmasında və gömrük prosedurları ilə bağlı islahatlarda dəstək verməyə hazır olduqlarını deyib.

Sahibkarlar yüklərin sərhədlərdə yubanması, məsuliyyətli saxlanc, bəzi vaxtlarda sərhəd keçid məntəqələrində uzun növbələrin yaranması, Ələt limanında və hava daşımaçılığında gömrük rəsmiləşdirmə prosedurlarının optimallaşdırılması, tranzit yüklərin daşınması zamanı qarışıq və çoxsaylı yüklərin bəyannaməsində tariflərlə bağlı sual və təkliflərlə çıxış ediblər.

DGK-nın Xidmət Keyfiyyətinə Nəzarət İdarəsinin rəisi Adil Muradov və Komitənin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Cəfər Quluzadə hər bir sualla bağlı geniş açıqlamalar veriblər. Sahibkarlara faydalı əməkdaşlıq üçün təşəkkür edən Komitə əməkdaşları qaldırılan məsələləri yazılı formatda da təqdim etməyi xahiş ediblər.

Son xəbərlər

Orphus sistemi