2024-cü ildə Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının icarəyə verilməsindən muxtar respublika büdcəsinə 538,1 min manat vəsait daxil olub.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən "Report"un yerli bürosuna verilən məlumata əsasən, bu, əvvəlkli illə müqayisədə 87,6 % çoxdur.
Həmçinin 2024-cü ildə daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 147 müqavilə bağlanıb, 171 icarə müqaviləsinin müddəti uzadılıb.