Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 4 % artıb

Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 4 % artıb Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında daşınmaz əmlakın dövlət qeydiyyatı və hazırlanmış texniki sənədlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,8 % və 4,2 % çoxdur.
Biznes
6 Dekabr , 2024 12:23
Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 4 % artıb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında daşınmaz əmlakın dövlət qeydiyyatı və hazırlanmış texniki sənədlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,8 % və 4,2 % çoxdur.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan şəhərində “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdə yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.

Bundan başqa, o deyib ki, bu ilin mart ayından Naxçıvanda dövlət əmlakları elektron sistem üzərindən qeydiyyata alınır: "İndiyə qədər 406 dövlət müəssisəsinin və təşkilatının balansında olan 4 808 daşınmaz əmlaka dair məlumatlar Milli Avtomatlaşdırılmış Əmlak Sisteminə daxil edilib".

Son xəbərlər

Orphus sistemi