Naxçıvan MR-da çörəyin qiyməti azaldılıb.
"Report"un yerli bürosu xəbər verir ki, bu gündən muxtar respublikanın pərakəndə satış məntəqələrində 300 qramlıq çörək 45 qəpiyə deyil, 40 qəpiyə satılır.
Çörəyin ucuzlaşması dünya bazarında taxılın ucuzlaşması ilə izah olunur.