"Estee Lauder" "Tom Ford" moda evini 2,8 milyard dollara satın alıb
Biznes
- 15 noyabr, 2022
- 23:44
ABŞ-ın kosmetika və ətir istehsalçısı “Estee Lauder” noyabrın 15-də dörd aylıq danışıqlardan sonra “Tom Ford” moda evini almaq üçün razılığa gəldiyini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə məlumat istehsalçının saytında dərc olunub.
2,8 milyard dollara başa gələn razılaşma ABŞ-ın kosmetika istehsalçısının tarixində ən böyük sövdələşmədir.
Qeyd edək ki, iki şirkət arasında danışıqlar barədə məlumat hələ bu ilin avqustunda yayılıb.
“Estee Lauder” əsas adı altında məhsul istehsal etməklə yanaşı “MAC Cosmetics”, “Clinique” daxil olmaqla, dünya üzrə 30-a yaxın brendə sahibdir. Şirkət həmçinin DKNY və “Tom Ford” moda evləri üçün ətirlər istehsal edir.
Son xəbərlər
01:04
Video
Qərbi Azərbaycan Xronikası: Azərbaycanın alt qatlarında 5000 illik tarix gizlənir
Daxili siyasət00:37
Hindistanda üçmərtəbəli binanın uçması nəticəsində iki nəfər həlak olub
Digər ölkələr00:03
İtaliyalı qadın konkisürən olimpiya rekorduna imza atıb
Fərdi23:36
İsrail ordusu oktyabr hadisələrində iştirak etmiş HƏMAS silahlısını zərərsizləşdirib
Digər ölkələr23:16
ABŞ-nin İsraildəki səfiri: Tramp İranla ziddiyyətlərin sülh yolu ilə həllini istəyir
Digər ölkələr23:02
Milanda polislə etirazçılar arasında toqquşmalar baş verib
Digər ölkələr22:49
"Barselona" La Liqanın XXIII turunda "Malyorka"nı darmadağın edib
Futbol22:35
Federasiya prezidenti "Böyük Dəbilqə"də medal qazanan cüdoçuları təbrik edib
Fərdi22:32