Ekspert: "ABŞ-Çin ticarət razılaşması problemləri həll etməyəcək"

Biznes
  • 06 noyabr, 2019
  • 09:49
Ekspert: ABŞ-Çin ticarət razılaşması problemləri həll etməyəcək

"ABŞ və Çin arasında imzalanması gözlənilən ticarət sazişinin I mərhələsi qlobal iqtisadiyyatın üzləşdiyi bütün problemlərin həll etməyəcək".

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş ticarət naziri və Nobel mükafatı laureatı, iqtisadçı Larri Sammers deyib. 

"Ticarətdəki qeyri-müəyyənliklərdən əlavə, Çindəki maliyyə gərginliyi, Avropa iqtisadiyyatındakı narahatlıqlar da qlobal iqtisadi artımı zəiflədən əsas amillərdəndir", - deyə o, qeyd edib.

Xatırladaq ki, beynəlxalq iqtisadi inkişaf tempi ABŞ-Çin ticarət müharibəsinin başladığı ötən ildən bəri azalmaqdadır. Beynəlxalq Valyuta Fondunun ötən ay açıqladığı hesabata görə, cari ildə iqtisadi artım 3% həddində olacaq.