DGK sədrinin müavini: "Çalışırıq ki, əməkdaşlarımız eyni yerdə 1 ildən çox işləməsin"

DGK sədrinin müavini: "Çalışırıq ki, əməkdaşlarımız eyni yerdə 1 ildən çox işləməsin" Bakı. 20 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsində (DGK) aparılan islahatların I mərhələsi artıq yekunlaşıb. Hazırda digər mərhələlər üzrə işlər aparılır.
Biznes
20 Sentyabr , 2018 12:02
DGK sədrinin müavini: Çalışırıq ki, əməkdaşlarımız eyni yerdə 1 ildən çox işləməsin
DGK sədrinin müavini İqbal Babayev / Report/ Elchin Murad

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Dövlət Gömrük Komitəsində (DGK) aparılan islahatların I mərhələsi artıq yekunlaşıb. Hazırda digər mərhələlər üzrə işlər aparılır". 

"Report xəbər verir ki, bunu DGK sədrinin müavini İqbal Babayev Bakıda keçirilən 7-ci Beynəlxalq "Caspian Energy Forum Baku-2018" tədbirində deyib.

Onun sözlərinə görə, hazırda ölkədə 50 gömrük-keçid postu fəaliyyət göstərir: "Bunlardan 31-i sərhəd, 19-u isə ölkənin müəyyən ərazilərində yaradılmış gömrük postlarıdır. Həmçinin son vaxtlar 5 gömrük idarəsi yaradılıb".

DGK sədrinin müavini həmçinin deyib ki, hazırda gömrük orqanlarında 3 500-ə yaxın insan çalışır: "Onların hamısı rotasiya qaydasında fəaliyyət göstərir. Çalışırıq ki, əməkdaşlarımız eyni yerdə 1 ildən çox işləməsin". 

Son xəbərlər

Orphus sistemi