Bu il Azərbaycanda "Milli ixrac strategiyası" təsdiqlənə bilər
- 27 yanvar, 2023
- 06:34
Yeniliklərdən dərhal xəbərdar olun!
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) bu ilin 1-ci rübü ərzində "Milli ixrac strategiyası"nın təsdiq edilməsini gözləyir.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Milli İxracatçılar və İdxalçılar Forumunda Agentliyin icraçı direktorunun müşaviri Tural Hacılı bildirib.
"Strategiya yaxın 4 ili əhatə edəcək, Azərbaycan ixracına müsbət təsir göstərəcək. Dürüstləşmiş məlumatlara görə, ötən il Azərbaycanın qeyri-neft ixracının dəyəri 12 % artaraq 3 milyard ABŞ dollarını keçib. Belə artıma kənd təsərrüfatı məhsullarının emalı - emal sənayesi məhsullarının ixracı sayəsində nail olunub. Bu, bizim üçün böyük nailiyyətdir, müstəqillik tariximizdə qeydə alınmış ən yüksək göstəricidir", - deyə o qeyd edib.