Azərbaycanın ÜTT-yə üzvlüyü üzrə növbəti danışıqlar keçiriləcək

Azərbaycanın ÜTT-yə üzvlüyü üzrə növbəti danışıqlar keçiriləcək Bu il Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü üzrə növbəti danışıqlar keçiriləcək.
Biznes
17 May , 2022 12:03
Azərbaycanın ÜTT-yə üzvlüyü üzrə növbəti danışıqlar keçiriləcək

Bu il Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü üzrə növbəti danışıqlar keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə hazırlanmış "Azərbaycanda Biznes Mühiti-2021" hesabatında bildirilir.

"ÜTT-nin prinsip və qaydaları ticarətlə bağlı yeni qəbul edilmiş qanunvericiliyə və daxili normativ bazaya daxil edilir. Azərbaycan hökumətinin ötən il təqdim etdiyi məlumatlara əsasən, 2021-ci ilin iyul ayında İşçi Qrupun hesabatının ilkin variantının yeni versiyası yayılıb. Aİ da ticarətlə bağlı danışıqların hazırlanmasında və daxili islahatlar gündəliyinin həyata keçirilməsində Azərbaycan hökumətinə dəstəyini davam etdirib. 2020-ci ildən etibarən Aİ-nın maliyyələşdirdiyi "ÜTT -yə üzvlük danışıqlarında və ticarətlə bağlı digər fəaliyyətlərdə Azərbaycan hökumətinin fəaliyyətinin gücləndirilməsi " layihəsi yeni qanunvericiliyin hazırlanmasınI dəstəkləyib, institutsional islahatlara dair məsləhətlər verib.

Son xəbərlər

Orphus sistemi