Azərbaycanın qeyri-neft məhsullarının Mərakeşə ixracı müzakirə edilib

Azərbaycanın qeyri-neft məhsullarının Mərakeşə ixracı müzakirə edilib İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Azərbaycanın qeyri-neft məhsullarının Mərakeşə ixracı imkanlarını araşdırır.
Biznes
3 Mart , 2023 17:39
Azərbaycanın qeyri-neft məhsullarının Mərakeşə ixracı müzakirə edilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Azərbaycanın qeyri-neft məhsullarının Mərakeşə ixracı imkanlarını araşdırır.

"Report" AZPROMO-ya istinadən xəbər verir ki, bu məsələ qurumun nümayəndələrinin Mərakeşdə keçirdiyi görüşlərdə müzakirə olunub.

Görüşlərdə həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizin investisiya imkanları diqqətə çatdırılıb.

AZPROMO-nun təmsilçiləri Mərakeş İxracatçılar Assosiasiyası (ASMEX), Kasablanka-Settat Ticarət, Sənaye və Xidmətlər Palatası (CCISC), Mərakeşin İnvestisiya və İxracın İnkişafı Agentliyi (AMDIE), Mərakeş Müəssisələrinin Ümumi Konfederasiyası (CGEM), Mərakeş Əczaçılıq Sənayesi və İnnovasiya Federasiyası (FMIIP), Karbohidrogenlər və Mədənlərin Milli İdarəsi (ONHYM), həmçinin Türkiyənin BİM şirkətinin Mərakeşdəki filialı və Türkiyənin Rabat şəhərindəki səfirliyində görüşlərdə iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi