Azərbaycandan Gürcüstana pul köçürmələri 2 dəfə artıb

Azərbaycandan Gürcüstana pul köçürmələri 2 dəfə artıb Bu ilin avqust ayında Azərbaycandan Gürcüstana 7,15 milyon ABŞ dolları pul köçürülüb.
Maliyyə
15 Sentyabr , 2021 13:34
Azərbaycandan Gürcüstana pul köçürmələri 2 dəfə artıb

Bu ilin avqust ayında Azərbaycandan Gürcüstana 7,15 milyon ABŞ dolları pul köçürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının məlumatında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % çoxdur.

Hesabat ayında Azərbaycandan daxil olan pul köçürmələrinin ümumi köçürmələrdəki payı 3,5 % olub.

Ötən ay Gürcüstandan Azərbaycana isə 1,8 milyon dollar pul köçürülüb ki, bu da illik müqayisədə 0,4 milyon dollar və yaxud təxminən 30% çoxdur.

Avqustda xarici ölkələrdən Gürcüstana 204,9 milyon dollar (+11,2 %), qonşu ölkədən xaricə isə 27,4 milyon dollar (+18,7 %) məbləğində pul köçürülüb.

Bu ilin yanvar-avqust aylarında isə Azərbaycandan qonşu ölkəyə 56,4 milyon dollar pul köçürlüb. Bu da illik müqayisədə 1,8 dəfə çoxdur.

İlk 8 ayda Gürcüstandan Azərbaycana daxil olan pul köçürmələri isə ötən ilin eyni dövrünə nisbətən təxminən 25 % artaraq 12,6 milyon dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi