Azərbaycanda şüşə ixracına subsidiya verilməsi təklif olunur

Biznes
  • 31 yanvar, 2024
  • 07:45
Azərbaycanda şüşə ixracına subsidiya verilməsi təklif olunur

Azərbaycanda, bəzi MDB ölkələrinin təcrübəsinə uyğun olaraq, şüşə ixracının subsidiyalaşdırılması təklif olunur.

"Report" xəbər verir ki, belə təkliflə İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkının rezidenri “Azerfloat” QSC-nin baş direktoru Emil Həsənov çıxış edib.

"Bugünkü qiymətlərlə dövriyyənin 4-4,5 %-i ixracın rəsmiləşdirilməsinə xərclənir ki, bu da kiçik rəqəm deyil. Regionda rəqabətli qabiliyyətıi məhsul təqdim etmək üçün qonşu ölkələrdəki vəziyyət nəzərə alınmalıdır. Özbəkistan, Qazaxstan və Rusiya kimi ölkələrdə ixracı dəstəkləmək üçün dövlət ixrac xərclərini - rəsmiləşdirilmə və nəqliyyat xərclərini 60 %-dən 80 %-ə qədər kompensasiya edir. Yaxşı olardı ki, Azərbaycanda da şüşə ixracına subsidiya verilsin", - deyə o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti