Azərbaycan Vyetnamdan tikiş maşınlarının alışını 680 dəfə artırıb
- 31 may, 2024
- 13:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycan 2,98 milyon ABŞ dolları dəyərində 9 min 712 ədəd tikiş maşını idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,7 dəfə, kəmiyyət olaraq – 3,2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 2,54 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 8 min 662 ədəd (+3,3 dəfə), Türkiyədən 188,3 min ABŞ dolları dəyərində (+2 dəfə) 293 ədəd (+7,7 %), Vyetnamdan 112 min ABŞ dolları dəyərində (+4 dəfə) 680 ədəd (+680 dəfə), Yaponiyadan 65,3 min ABŞ dolları dəyərində (-54 %) 13 ədəd (-48 %), Çexiyadan 39 min ABŞ dolları dəyərində (-61 %) 2 ədəd (-87 %) tikiş maşını alıb.
2023-cü ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 20 min 605 ədəd tikiş maşının 78 %-i Çinin payına düşüb.