Azərbaycan Türkiyədən mebel və meşə məhsullarının idxalına çəkdiyi xərci 31 % artırıb

Biznes
  • 08 aprel, 2023
  • 07:41
Azərbaycan Türkiyədən mebel və meşə məhsullarının idxalına çəkdiyi xərci 31 % artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyədən 40,394 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 % çoxdur.

Təkcə martda isə Türkiyə Azərbaycana 16,237 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da illik müqayisədə 59,3 % çoxdur.

I rübdə Türkiyənin mebel, kağız və meşə məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 1,6 % artaraq 1,963 milyard ABŞ dollarına, mart ayında isə 1,1 % artaraq 0,760 milyard ABŞ dollarına çatıb.