Azərbaycan şəkər ixracından gəlirini 24 % artırıb

Biznes
  • 28 yanvar, 2023
  • 13:29
Azərbaycan şəkər ixracından gəlirini 24 % artırıb

2022-ci ildə Azərbaycan 228,6 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 16,2 % çoxdur.

Ötən il Azərbaycanın şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının ixracının dəyəri isə 41 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 24,3 % çoxdur.

İl ərzində şəkər idxalına çəkilən xərc ümumi idxalın 1,6 %-ni, şəkər ixracından əldə olunan gəlir isə ümumi ixracın 0,1 %-ni təşkil edib.

2022-ci ildə Azərbaycan xarici ölkələrlə 52 milyard 686 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2021-ci ilə nisbətən 55,4 % çoxdur.

İllik xarici ticarət dövriyyəsinin 38 milyard 147 milyon dolları ixracın, 14 milyard 540 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 71,8 %, idxal isə 24,2 % artıb.

Son nəticədə xarici ticarətdə 23 milyard 607 milyon dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,2 dəfə çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti