Bakı. 05 İyun. REPORT.AZ/ Rusiyanın bədii gimnastika üzrə mütləq dünya çempionu Yana Kudryavtseva 12-28 iyun tarixlərində Bakıda keçiriləcək I Avropa Oyunlarında maksimum nəticə göstərəcəyinə ümid edir.
"Report" xəbər verir ki, bu barədə idmançı TASS-a müsahibəsində bildirib.
"Məşqçilər heç zaman mənim qarşıma birinci yer uğrunda mübarizə aparmaq kimi konkret vəzifə qoymurlar. Bundan əlavə, bütün idmançılar olduqca mövhumatçıdırlar və öz medal planları barədə fikirlərini bölüşməməyə üstünlük verirlər. Ona görə belə deyəcəyəm: mənim əsas vəzifəm Bakıda məşqlərdə hazırlaşdığımız kimi çıxış etməkdir. Maksimum nəticə göstərmək. Medallar barədə isə hələ düşünmürəm", - deyə o bildirib.
Onun sözlərinə görə, mövsümün əvvəli uğurla keçib:
"Biz proqramda mövsmün gedişində inadkarlıq olmadığı halda nəyisə dəyişirik. Hazırda hər şey qaydasında olduğu üçün Bakıya da həmin proqram ilə gedəcəyəm", - deyə atlet qeyd edib.
Bakıda bədii gimnastika üzrə turnir 17-21 iyun tarixlərində keçiriləcək.