Türkdilli ölkələr kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirəcəklər

Türkdilli ölkələr kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirəcəklər Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirəcəklər.
ASK
20 Fevral , 2024 12:00
Türkdilli ölkələr kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirəcəklər

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirəcəklər.

"Report" xəbər verir ki, bunu TDT-nin baş katibinin müavini Ömər Kocaman bu gün Bakıda keçirilən Beynəlxalq Aqro Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, təşkilat aqrar, eləcə də enerji sektorlarında əməkdaşlığın genişləndirilməsi ilə bağlı qərar qəbul edib.

"Dünya siyasəti dəyişir, gündəmimiz kənd təsərrüfatı və energetika olub. Yaxın dövrdə bu sahələrdə əməkdaşlığımızı daha da artıracağıq. TDT-yə üzv ölkələrin aqrar sahədə əməkdaşlığı üçün geniş potensial var. Lakin biz bu potensialı bu günə qədər reallaşdıra bilməmişik. Ondan istifadə ilə bağlı iş aparılır", - deyə o qeyd edib.

Xatırladaq ki, TDT 2009-cu ildə yaradılıb. Üzv dövlətlər Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır.

Son xəbərlər

Orphus sistemi