Azərbaycanda heyvandarlığa investisiyaları stimullaşdırmaq üçün yeni maliyyə mexanizmləri olacaq

ASK
  • 17 dekabr, 2025
  • 16:09
Azərbaycanda heyvandarlığa investisiyaları stimullaşdırmaq üçün yeni maliyyə mexanizmləri olacaq

Azərbaycanda heyvandarlıq sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaq məqsədilə yeni maliyyə mexanizmlərinin tətbiqi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev Bakıda təmsil etdiyi qurumun dəstəyi və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən "Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi" mövzusunda ictimai müzakirədə bildirib.

Onun sözlərinə görə, təklif olunan təşəbbüslər çərçivəsində sahibkarlar üçün maliyyə əlçatanlığının artırılması əsas prioritet kimi müəyyən edilib: "Bu məqsədlə kredit faizlərinin müəyyən hissəsini dövlətin subsidiyalaşdırması, eləcə də investisiya layihələrinin dəyərinin bir hissəsinin birbaşa maliyyə dəstəyi ilə qarşılanması planlaşdırılır. Bu mexanizmlər yeni istehsalat sahələrinin yaradılmasına, mövcud istehsal həcmlərinin artırılmasına və sektora investisiya cəlbediciliyinin yüksəldilməsinə xidmət edəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti