Azərbaycan Ümumdünya Fermerlər Təşkilatının illik yığıncağında təmsil olunub

Azərbaycan Ümumdünya Fermerlər Təşkilatının illik yığıncağında təmsil olunub Azərbaycan İtaliyanın paytaxtı Romada keçirilmiş BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş ofisində Ümumdünya Fermerlər Təşkilatının (WFO) illik yığıncağında təmsil olunub.
ASK
24 İyun , 2024 16:24
Azərbaycan Ümumdünya Fermerlər Təşkilatının illik yığıncağında təmsil olunub

Azərbaycan İtaliyanın paytaxtı Romada keçirilmiş BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş ofisində Ümumdünya Fermerlər Təşkilatının (WFO) illik yığıncağında təmsil olunub.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, yığıncaqda müxtəlif ölkələrdən dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatların nümayəndələri, aqrar sahədə çalışan mütəxəssislər, ailə təsərrüfatları, kooperativlərin təmsilçiləri və fermerlər iştirak edib. Yığıncaqda Azərbaycanı nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı təmsil edib. O, “COP28-dən COP30-a: Kənd təsərrüfatı və qida sistemlərinin İqlim Fəaliyyətinə inteqrasiyası” mövzusunda keçirilən panel sessiyada çıxış edib, ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatlardan söz açıb, Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

L.Cabbarlı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub, iqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə təsirinin minimuma endirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb. O bildirib ki, Azərbaycan hökuməti ətraf mühitə mənfi təsirlərin yumşaldılması, istixana qazlarının azaldılması, təbii resurslardan səmərəli istifadə olunması, biomüxtəlifliyin, ekosistemlərin qorunmasına xüsusi diqqət yetirir. Bununla yanaşı, ölkəə kənd təsərrüfatı məhsullarının istehsalçılarına davamlı dövlət dəstəyi bu sektorda istehsal göstəricilərinin mütəmadi yüksəldilməsini stimullaşdırmaqla innovativ texnologiyaların tətbiqi imkanlarını genişləndirir.

Son xəbərlər

Orphus sistemi