Azərbaycan FAO-nun İtaliyada keçirilən 43-cü sessiyasında iştirak edir

Azərbaycan FAO-nun İtaliyada keçirilən 43-cü sessiyasında iştirak edir Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İtaliyanın paytaxtı Romada öz işinə başlamış 43-cü sessiyasında iştirak edir.
ASK
3 İyul , 2023 13:08
Azərbaycan FAO-nun İtaliyada keçirilən 43-cü sessiyasında iştirak edir

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İtaliyanın paytaxtı Romada öz işinə başlamış 43-cü sessiyasında iştirak edir.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Məlumata görə, Azərbaycan nümayəndə heyəti sessiya çərçivəsində bir sıra ölkələrin kənd təsərrüfatı nazirləri ilə ikitərəfli görüşlər keçirib. M.Məmmədov Estoniya, Şimali Makedoniya, Özbəkistan və Moldovadan olan həmkarları ilə ölkələrimiz arasında aqrar sahədə ikitərəfli əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, əməkdaşlığın hüquqi-normativ bazasının təkmilləşdirilməsi, aqrar tədqiqatlar və texnologiyalar sahəsində təcrübə mübadiləsi və s. qarşılıqlı maraq kəsb edən mövzular ətrafında müzakirələr aparıb. Azərbaycanın kənd təsərrüfatı nazirinin FAO-nun 43-cü sessiyasında su resurslarından səmərəli istifadə mövzusunda dəyirmi masada çıxışı nəzərdə tutulur.

Sessiya iştirakçıları planetin su ehtiyatlarından səmərəli istifadə, su ehtiyatlarının inteqrasiya olunmuş effektiv idarəçiliyi, atmosfer yağıntılarının azalması, regionlar üzrə qeyri-bərabər paylanması, quraqlıq, daşqın, sel və subasmaların aqrar sektora mənfi təsirinin minimuma endirilməsi və digər mövzuları müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi