Pezeşkian Prezident Administrasiyasında kürəkəninə vəzifə verib
Region
- 18 sentyabr, 2024
- 12:36
İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub.
“Report” xəbər verir ki, məlumatı “Azad İran” yayıb.
Qeyd edilib ki, Həsən Məcidi İran prezidentinin qızı Zəhra Pezeşkianın həyat yoldaşıdır. O, baş maliyyə ekspertidir. Bu vəzifəyə təyin olunmazdan öncə H.Məcidi özəl şirkətdə işləyib.
Məlumata görə, İraqa səfəri zamanı Məsud Pezeşkianı qızı və kürəkəni müşayiət edib. İran KİV-i və sosial şəbəkələrində prezident buna görə tənqid edilib.
Son xəbərlər
00:36
Foto
Türkiyədə təcili tibbi yardım maşını mikroavtobusla toqquşub, xəsarət alanlar var
Region00:22
Göyçayda avtomobil elektrik dirəklərini aşırıb, 3 kənd işıqsız qalıb
Hadisə00:13
Xamenei son etirazları dövlət çevrilişinə cəhd adlandırıb
Region23:49
Rusiya XİN: ABŞ ilə məhbusların mübadiləsi üzrə iş gedir
Region23:39
Ukrayna Aİ-dən sonra SEPAH-ı terror təşkilatı kimi tanıyıb
Digər ölkələr23:25
BMT Təhlükəsizlik Şurasına sədrlik Böyük Britaniyaya keçib
Digər ölkələr23:18
Dünya Bankı Ukraynaya enerji sisteminin bərpası üçün 40 milyon dollar göndərəcək
Digər ölkələr23:04
Tramp: Hindistan Rusiyadan neft almayacaq
Digər ölkələr22:52