Maaşlarını artımla alacaq körpələr evi işçilərinin əhatə dairəsi müəyyənləşib
Sağlamlıq
- 27 oktyabr, 2025
- 16:03
Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarına edilən artım əmsallarının şamil olunacağı işçilərin əhatə dairəsi müəyyənləşib.
"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına aşağıdakı
artım əmsalları tətbiq ediləcək:
- baş həkim – 3 dəfə;
- baş mühasib, həkim-pediatr, musiqi rəhbəri, baş tərbiyəçi, tərbiyəçi, həkim diyetoloq – 2,5 dəfə;
- baş tibb bacısı, böyük tibb bacısı (qardaşı), psixoloq, hüquq məsləhətçisi, mühasib – 2 dəfə;
- təsdiq edilmiş mövcud ştat vahidinə uyğun olaraq digər vəzifələr – 1,5 dəfə.
Qeyd edək ki, bu qərar avqustun 1-dən tətbiq edilir.
Son xəbərlər
09:59
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
Energetika09:55
Yasamalın bəzi ərazilərində qaz olmayacaq
Energetika09:52
Foto
Anar Bağırov Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak edib
Xarici siyasət09:50
Qazaxıstan Prezidenti Yaponiyaya səfər edəcək
Digər ölkələr09:46
KİV: Tailandla münaqişədə 12 kambocalı ölüb
Digər ölkələr09:45
Bişkekdə bazarda yanğın baş verib
Digər ölkələr09:44
Ötən həftə 115 yanğına çıxış və 2 partlayış baş verib
Hadisə09:43
Avstraliya hökuməti silah əldə edilməsi barədə qanunu yenidən nəzərdən keçirəcək
Digər ölkələr09:39