Fələstinyönümlü fəallar ABŞ-nin sabiq prezidenti Cozef Baydenin Dublindəki Triniti Kollecinə səfəri zamanı onun kortejinə süd paketləri atıblar.
"Report" "The Telegraph"a istinadən xəbər verir ki, hadisə noyabrın 10-da, oğlu Hanter Baydenə ictimai müzakirələrə verdiyi töhfəyə görə qızıl medalın təqdim edilməsi mərasimi üçün kollecə getdiyi zaman baş verib.
Sabiq prezidentlə birlikdə tədbirə onun həyat yoldaşı, ABŞ-nin sabiq birinci xanımı Cill Bayden də qatılıb.
Cozef Baydenin Qəzza zolağına dair siyasətinə qarşı çıxan etirazçılar "Əllərinizdə qan var!" şüarlarını səsləndiriblər.
Bayden və ailə üzvləri kolleci tərk edərkən aksiya iştirakçıları onların avtomobillərinə yaxınlaşmağa cəhd edib və müxtəlif əşyalar, o cümlədən süd paketləri atmağa başlayıblar.
İrlandiya polisi aksiyanın iki iştirakçısını saxlayıb.