Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin üçtərəfli danışıqlarının ikinci günü başlayıb.
Bu barədə "Report" xəbər verir.
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov, Rusiya nümayəndə heyətinə isə bu ölkənin Prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidəki üçtərəfli danışıqların ilk gününü konstruktiv və kifayət qədər məzmunlu adlandırıb.