Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri 43 fiziki və 100-ə yaxın hüquqi şəxsin daxil edilməsi planlaşdırılan Rusiyaya qarşı sanksiyalar siyahısının genişləndirilməsini razılaşdırıblar.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Brüsseldəki mənbə məlumat verib.
Onun sözlərinə görə, müvafiq qərar Aİ ölkələrinin Daimi Nümayəndələr Komitəsinin (COREPER) iclasında qəbul edilib.
Mənbə dəqiqləşdirib ki, söhbət Əbu-Dabidəki danışıqlarla əlaqəsi olmayan, əvvəlcədən planlaşdırılmış sanksiyalardan gedir.
O, həmçinin qeyd edib ki, yeni məhdudiyyətlərin Rusiyaya qarşı sanksiyaların hazırda hazırlanan 22-ci paketinə aidiyyəti yoxdur.
Nəşr qeyd edib ki, sənədin səfirlər səviyyəsində razılaşdırılması böyük ehtimalla, onun noyabrın 16-da Brüsseldə keçiriləcək görüşdə Aİ ölkələrinin XİN rəhbərləri tərəfindən təsdiqlənəcəyi və elə həmin gün qüvvəyə minəcəyi mənasına gəlir.