İsrail hökuməti xarici işlər naziri Gideon Saarın həmçinin daxili işlər naziri postuna təyinatını təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə "Ynet" İsrailin baş nazirinin ofisinə istinadən məlumat yayıb.
Saarın namizədliyini Baş nazir Benyamin Netanyahu təklif edib.
Qeyd olunub ki, Saar xarici işlər naziri vəzifəsi ilə yanaşı, Daxili İşlər Nazirliyinə də rəhbərlik edəcək.