Rusiya və Ukrayna Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) üçtərəfli danışıqların ilk gününün yekunlarına əsasən, yaxın vaxtlarda "1000-in 1000-ə" və ya daha çox formulu üzrə genişmiqyaslı əsir mübadiləsi keçirmək barədə razılığa gəliblər.
"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə danışıqların gedişi ilə tanış olan mənbə bildirib.
Onun sözlərinə görə, görüş zamanı əsas diqqət bütövlükdə Ukrayna və Avropa üçün təhlükəsizlik təminatları məsələlərinə ayrılıb. Rusiyanın özünə təhlükəsizlik təminatlarının verilməsinə dair tələbləri ayrıca müzakirə edilib.
Bundan başqa, tərəflər etimad böhranı fonunda Ukraynanın bərpası və yeni Avropa təhlükəsizlik arxitekturasının formalaşdırılması məsələlərinə toxunublar.
Ümumilikdə iki gün ərzində danışıqlar təxminən dörd saat davam edib.