ABŞ prezidentinin Ukrayna üzrə elçiləri Stiv Kuşner və Cared Uitkoff Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə nəticənin effektiv şəkildə əldə edilməsinə çalışırlar.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların ikinci gününü şərh edərkən bildirib.
Onun sözlərinə görə, tərəflər ayrı-ayrı ölkələrin maraqlarına zərər vurmadan ədalətli təhlükəsizlik sisteminin qurulması ilə bağlı müzakirələri davam etdirəcəklər.
Medinski əlavə edib ki, Rusiya Avropa İttifaqı (Aİ) ölkələrindən Ukrayna münaqişəsi üzrə hər hansı bir sülh təklifi almayıb.
Onun sözlərinə görə, Rusiya və Ukrayna yeni əsir mübadiləsinin keçirilməsi barədə razılığa gəliblər: "Biz prinsipial olaraq yeni genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldik, onun konkret parametrləri yaxın vaxtlarda açıqlanacaq".