Bolqarıstanın Varna şəhərində etirazçılar Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin səfərinə qarşı keçirilən aksiya zamanı onun kortejinə meyvə, tərəvəz və yumurta atıblar.
"Report" Bolqarıstan Teleqraf Agentliyinə (BTA) istinadən xəbər verir ki, piketi "Dirçəliş" partiyasının tərəfdarları təşkil ediblər.
Aksiya "Varna müharibə yox, sülh istəyir!" şüarı altında keçirilib.
Fon der Lyayeni "Ursula, sizi burada görmək istəmirlər!" qışqırıqları və şəhəri tərk etmək çağırışları ilə qarşılayıblar.