Mikayıl Cabbarov: Ərazi bütövlüyünün bərpası Azərbaycanın qüdrətini daha da artırıb

Daxili siyasət
  • 08 noyabr, 2026
  • 09:11
Mikayıl Cabbarov: Ərazi bütövlüyünün bərpası Azərbaycanın qüdrətini daha da artırıb

Ərazi bütövlüyü və suverenliyin tam bərpası Azərbaycanın qüdrətini daha da artırıb.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb.

"Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qazandığı tarixi Zəfərin 6-cı ildönümünü böyük qürur və iftixar hissi ilə qeyd edirik", - o bildirib.

Qeyd olunub ki, ərazi bütövlüyü və suverenliyin tam bərpası Azərbaycanın qüdrətini daha da artırıb: "İşğaldan azad edilmiş ərazilərimizin dirçəlişi, iqtisadi potensialımızın gücləndirilməsi və dayanıqlı inkişafı üçün yeni imkanlar yaradıb.

Zəfər Günü münasibətilə təbriklərimizi çatdırır, Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə cansağlığı arzulayırıq.

Yaşasın müstəqil, suveren və qüdrətli Azərbaycan!".