Zelenski ilk dəfə Kiyevdəki bunkeri göstərib
- 24 fevral, 2026
- 10:49
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Bankova küçəsindəki Ofis binasının altında yerləşən bunkeri və öz iş kabinetini ilk dəfə göstərib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna KİV-i Prezidentin teleqram kanalındakı müraciətinə istinadən məlumat yayıb.
"Bu kiçik otaqda - müharibənin əvvəlində dünya liderləri ilə ilk danışıqlar burada olub. Burada ABŞ Prezidenti Cozef Baydenlə danışdım və məhz burada eşitdim: "Volodimir, təhlükə var, siz Ukraynanı təcili tərk etməlisiniz. Biz buna kömək etməyə hazırıq". Mən isə cavab verdim ki, mənə taksi yox, silah lazımdır", - o bildirib.
Yayımlanan görüntülərdə o, həmçinin vətənpərvərlik plakatları ilə bəzədilmiş dəhlizləri gəzib.
Qeyd edək ki, Ukrayna Prezidentinin Ofisi Bankova küçəsi 11 ünvanında yerləşir. Bu bina 1936-1939-cu illərdə 1870-ci illərin binasının bünövrəsi üzərində tikilib.
Əvvəlcə orada Kiyev Xüsusi Hərbi Dairəsinin qərargahı, sonralar isə Ukrayna Kommunist Partiyasının Mərkəzi Komitəsi yerləşib.