XİN başçısı Türkiyədə səhra xəstəxanasındakı tibb işçilərinə təşəkkür edib

XİN başçısı Türkiyədə səhra xəstəxanasındakı tibb işçilərinə təşəkkür edib “Kahramanmaraşa səfərim zamanı Azərbaycan tərəfindən zəlzələ nəticəsində xəsarət almış qardaşlarımıza xidmətlərin göstərilməsi məqsədilə göndərilmiş səhra xəstəxanasını ziyarət etdim, xəstəxanada çalışan bütün əməkdaşlara yorulmaz fəaliyyətlərinə görə min
Xarici siyasət
11 Fevral , 2023 20:16
XİN başçısı Türkiyədə səhra xəstəxanasındakı tibb işçilərinə təşəkkür edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə Azərbaycan tərəfindən qurulan səhra xəstəxanasında çalışan tibb işçilərinə təşəkkürünü bildirib.

“Report” xəbər verir ki, bu barədə XİN başçısı tviterdə qeyd edib.

“Kahramanmaraşa səfərim zamanı Azərbaycan tərəfindən zəlzələ nəticəsində xəsarət almış qardaşlarımıza xidmətlərin göstərilməsi məqsədilə göndərilmiş səhra xəstəxanasını ziyarət etdim, xəstəxanada çalışan bütün əməkdaşlara yorulmaz fəaliyyətlərinə görə minnətdarlığımı bildirdim”, - diplomat bildirib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Son xəbərlər

Orphus sistemi