Vüsal Hüseynov: "Hazırda dünyada qaçqınların sayı 110 milyon nəfəri ötüb"

Xarici siyasət
  • 19 iyun, 2023
  • 14:49
Vüsal Hüseynov: Hazırda dünyada qaçqınların sayı 110 milyon nəfəri ötüb

"Hazırda dünyada qaçqınların sayı 110 milyon nəfəri ötüb".

"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov 20 iyun - Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbirdə deyib.

Onun sözlərinə görə, son üç ildə dünyada qaçqınların sayı 30 milyon nəfərə yaxın artıb: "Əgər 2020-ci ildə qaçqınların sayı 80 milyon nəfər idisə, hazırda bu rəqəm 110 milyonu keçib. Məsələ ondadır ki, 2023-cü ilədək dünyada qaçqınların sayının 100 milyona nəfərə çatacağı proqnozlaşdırıldığı halda hazırda bu rəqəm 110 milyon nəfəri ötüb".

V.Hüseynov bildirib ki, münaqişələr, ksenofobiya və başqa amillər qaçqınların sayının artmasına səbəb olub.