Ukraynalı uşaqların daha bir qrupu reabilitasiya üçün Azərbaycana yola düşüb

Xarici siyasət
  • 04 avqust, 2025
  • 19:23
Ukraynalı uşaqların daha bir qrupu reabilitasiya üçün Azərbaycana yola düşüb

Ukraynalı uşaqların daha bir qrupu reabilitasiya üçün Azərbaycana yola düşüb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycan dövlətinin dəstəyi ilə həyata keçirilən ukraynalı uşaqların reabilitasiyası prosesi çərçivəsində bu gün daha 30 uşaq Moldova vasitəsilə Bakıya göndərilib.

Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilən uşaqların yola salınma mərasiminə Azərbyacanın Moldovadakı səfirliyi və diasporu da dəstək verib.

Qeyd edək ki, bu, müharibə müddətində 7 ci belə partiyadır. Azərbaycan müharibə müddətində humanitar missiyasının tərkib hissəsi olaraq Ukraynadan uşaqların ölkəmizdə reabilitasiyasını həyata keçirir.

Xatırladaq ki, 2022-ci ildə 67, 2023-cü ildə 65, 2024-cü ildə 90 olmaqla, ümumilikdə 222 ukraynalı uşaq Azərbaycana gətirilib. 2025-ci ildə isə 120 nəfərin Bakıya göndərilməsi nəzərdə tutulur.

Son xəbərlər

Bütün Xəbər Lenti