Tiranada Zəfər Gününə həsr olunmuş lövhələr quraşdırılıb
Tiranada Zəfər Gününə həsr olunmuş lövhələr quraşdırılıbAlbaniyanın paytaxtı Tirananın mərkəzində 8 noyabr – Zəfər Gününə həsr olunmuş lövhələr quraşdırılıb.
Albaniyanın paytaxtı Tirananın mərkəzində 8 noyabr – Zəfər Gününə həsr olunmuş lövhələr quraşdırılıb.
"Report” xəbər verir ki, bununla bağlı Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynov “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Tirananın mərkəzi meydanında və bütün mərkəzi küçələrində quraşdırılan lövhələrdəki Zəfər Günü təbrikinə görə dost Albaniyaya dərin minnətdarlığımı bildirirəm!”, - diplomat yazıb.
Əziz həmvətənlər!
Sizi 8 noyabr – Zəfər Günü, Azərbaycan xalqının qürur və iftixar tarixi münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm! Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allah rəhmət eləsin, doğma Azərbaycanımıza hər zaman sülh, inkişaf və firavanlıq arzu… pic.twitter.com/caTf5vhfeV