Çinlə Azərbaycan arasında münasibətlərin inkişafı tarixində yeni səhifə açılıb.
“Report”un məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə göndərdiyi təbrikdə deyilir.
Təbrikdə qeyd olunub ki, son illər bizim birgə rəhbərliklə intensiv yüksək səviyyəli təmaslar, möhkəm siyasi qarşılıqlı etimad və beynəlxalq aləmdə səmərəli əməkdaşlıq ilə səciyyələnən Çin-Azərbaycan münasibətləri uğurla və ardıcıl şəkildə inkişaf etməkdə davam edir:
“Tərəflər “Bir kəmər, bir yol” təşəbbüsünün yüksək səviyyədə reallaşdırılmasında mühüm nəticələr əldə ediblər. Bu ilin iyulunda biz ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bəyan etdik və bununla da Çin-Azərbaycan münasibətlərinin inkişafı tarixində yeni səhifə açdıq”.