Yuxarı

Səfirlik: "Fələstində "erməni soyqırımına" həsr olunan poçt markası çap olunmayıb"

Həmin poçt markası həqiqi deyil və Fələstinin orada əks olunan formada rəsmi poçt möhürü yoxdur

Bakı. 22 aprel. REPORT.AZ/ Fələstinin Azərbaycandakı səfirliyi bəzi KİV-lərdə guya Fələstində "erməni soyqırımı"nın 100-illiyinə həsr olunan poçt markasının çap edilməsi ilə bağlı açıqlama yayıb. 

"Report"un məlumatına görə, səfirliyin yaydığı açıqlamada qeyd olunub ki, həmin poçt markası həqiqi deyil və Fələstinin orada əks olunan formada rəsmi poçt möhürü yoxdur: "Səfirlik bütün obyektivliyi ilə ilk əvvəl bütün rəsmi Fələstin poçt markaları ilə maraqlananları ölkəmizin poçt qurumunun saytına daxil olmağa və qurumun buraxdığı poçt forma və nümunələrinin necə olduğunu öyrənməyə dəvət edir".

Diplomatik korpus bəyan edib ki, Fələstin dövləti hökumət və xalq olaraq Türkiyə xalqı ilə çox güclü və xüsusi əlaqələrə malikdir və onun tərəfindən Türkiyə və Azərbaycanla əlaqələrinin pisləşməsinə gətirib çıxaran belə bir mövqenin sərgilənməsi mümkün deyildir.

Sonda səfirlik KİV nümayəndələrini məlumat yerləşdirməkdə tələsməməyə, işinə məsuliyyətli yanaşmağa, photoshop və digər bu kimi proqramlar əsasında yaradılmış şəkillərə aldanmamağa çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi