Səfir: Belçika Bakı ilə İrəvan arasında ikitərəfli dialoqda irəliləyişin əldə olunmasını alqışlayır

Səfir: Belçika Bakı ilə İrəvan arasında ikitərəfli dialoqda irəliləyişin əldə olunmasını alqışlayır Belçika Bakı ilə İrəvan arasında ikitərəfli dialoqda irəliləyişin əldə olunmasını alqışlayır.
Xarici siyasət
31 May , 2024 16:44
Səfir: Belçika Bakı ilə İrəvan arasında ikitərəfli dialoqda irəliləyişin əldə olunmasını alqışlayır

Belçika Bakı ilə İrəvan arasında ikitərəfli dialoqda irəliləyişin əldə olunmasını alqışlayır.

Bunu “Report”a müsahibəsində Belçikanın Azərbaycandakı səfiri Mişel Petersmans deyib.

“Son həftələr Azərbaycan və Ermənistan arasında ikitərəfli dialoqda müəyyən irəliləyiş əldə olunduğunu qeyd edirik və bunu alqışlayırıq. Ümid edirik ki, bu proses tezliklə başa çatacaq və region ölkələri beynəlxalq kommunikasiyalar və enerji daşıyıcılarının nəqli marşrutlarını təkmilləşdirmək də daxil olmaqla, birgə işləmək imkanı əldə edəcəklər. Bu, hamının, xüsusən də Cənubi Qafqazın üç ölkəsinin maraqlarına uyğundur. Regionda sülhü təmin edən struktur iqtisadi inkişafı, iş yerlərinin yaradılmasını təşviq edəcək və beynəlxalq investorları cəlb edəcək”, - o vurğulayıb.

Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.

Son xəbərlər

Orphus sistemi