Rusiya və Azərbaycan münasibətləri etibarlı səviyyədədir.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən mətbuat konfransında “Report”un sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Moskva Bakı ilə münasibətlərin inkişaf səviyyəsini yüksək qiymətləndirir:
“Mən onları çox yüksək qiymətləndirirəm, onlar etibarlıdır. Dövlət başçıları müntəzəm əlaqə saxlayırlar, heç bir qapalı mövzu yoxdur. Prezidentlər Vladimir Putin və İlham Əliyev hökumətləri qarşılıqlı faydalı yeni layihələr axtarmağa həvəsləndirmək üçün işləri qaydaya salıblar.
Bu, “Şimal-Cənub” dəhlizinə, Qafqazda və ətrafında digər nəqliyyat layihələrinə aiddir. Eyni zamanda buraya Xəzər dənizinin dayazlaşması məsələsi də aiddir”.
S.Lavrov, həmçinin bildirib ki, ölkələr xarici siyasət məsələləri üzrə uzunmüddətli məsləhətləşmələr planı hazırlayıblar: "Nəzərə alsaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ev sahibliyi edib. Belə ki, münasibətlər məzmunlu və etibarlıdır. Artıq dediyim kimi, 2025-ci ildə onların bütün istiqamətlərdə daha da aktiv inkişaf edəcəyini gözləyirik".